Axtar

5 Temmuz 2012 Perşembe

Ən etirazçı musiqi - rock


Bu yazımda son zamanlar Azərbaycanda da məşhurlaşmış və gənclər arasında böyük rəğbət qazanmış “Rock” musiqisinin tarixini araşdırmışam
 Rock musiqi janrı Punk mədəniyyətinin təzahürüdür.Bu mədəniyyətin kökü isə 1916-1922 ci illərdə fəaliyyət göstərmiş “Dada” cərəyanına gedib çıxır. Bu cərayanın üzvləri özləridə daxil olmaqla hər şeyə qarşı çıxmışlar.
  “Punk Rock” un inkişafı Amerika və İngiltərə mədəniyyətlərinin qarışması ilə sürətlənmişdir. Velvet Underground, New York Doll və Ramones kimi New Yorklu qruplan 1965-1970 ci illərdə küçə mədəniyyətini təkmilləşdirmiş və gələcəyə pessimist baxan musiqi növü yaratmışlar. Bu qruplar sadəcə “Punk Rock” un deyil “Hard Heavy”, “Heavy Metal” növlərinində yaranmasına təsir etmişlər.
 1970 ci illərdə Amerikada ilk Rock təmsilçiləri kimi Hippilər meydana çıxmışdır. Bu qruplar əsasən Amerikanın Vietnama hücumuna qarşı çıxan musiqilər oxumuşlar.
 “Punk” un özünü var etdiyi səhnə ekonomik və kütləvi böhranın həyatın hər yerini titrətdiyi 1978-79 cu illərin İngiltərəsidir. “Punk” cərəyanı ekonomik sıxıntıdan böyük zərər görən işçi sinifi gəncləri arasında doğuldu.”Punk” lar bu içində olduqları vəziyyətə qarşı çıxmaq üçün bədənləridə daxil olmaqla hər cür vasitəyə əl atmışlar. Cəmiyyətə sırınan cinsiyyətçi modaya qarşı qul paltarları, zəncirlər, parçalanmış paltarlar və rəngarəng dikləşdirilmiş saç stilləri ilə qarşı çıxdılar.
“Punk” stilini yaradan Londonlu stilist Vivienne Westwood Ingiltərədə “Seks Pistols” qrupunun yaranmasının səbəbkarlarından olmuşdur.Bu qrup İngiltərənin dövlət himnini dəyişdirərəkoxumuş və musiqinin sözlərində kraliçanı təhqir etmişlər.
1980ci illərdə isə “Punk rock” “Underground rock”, “New wowe”, “Street rock”, “Hardcore” kimi qollara parçalandı.Bu illərdə “Minor Threat”, “Black Flag”, “Bad Brains” cəmiyyətdə sürətlə yayılan azad seks, içki,siqaret və narkotik vasitə istifadəsinə qarşı olan musiqilər oxumuşlar.Onlarla eyni zamanda “The Exploted” sistem əleyhinə mahnıları ilə məşhurlaşmışdır. O dövrdə güclü təzyiqlərə baxmayaraq SSRİ məkanında “Akvarium” qrupu mahnılarında sətir altı etiraz səsləndirmişdir.
Azərbaycana isə “Rock” 1990-200 cı illərdə gəlmiş, lakin bu etiraz xarakterli “Rock” olmamışdır.Daha sonra ağırlaşansosial və siyasi vəziyyətində küməkliyi ilə 2010 cu illərdə Azərbaycanda da etirazçı “Rock”  oxunmağa başlamış və hətta bu mahnılarda prezidentə təhqirlərdə olmuşdur.
Yazıya etdiyi köməyə görə “MHİN” qrupunun üzvlərinə təşəkkür edirəm.