Axtar

14 Ocak 2012 Cumartesi

Kiçik həbsxanadan,böyük həbsxanaya




Cabbarin həbsdən çıxdiğini eşidende sevgilimin yanında idim.Heç vaxt qucaqlamağa cürət etmediyim sevgilimi qeyri ixtiyariolaraq qucaqlayib sevincimi onunla bölüşdüm
Cabbari görüb ne qədər sevindiyini bilmək üçün səbirsizlenirdim. Onu ilk dəfə Cabbarla görüşdə VHP nin akt zalinda gördüm. Eyvanda yanındakı adamla söhbət edirdi. Qapını açıb eyvana kecdim, ilk Cabbarla görüşdüm O meni tanımırdı. Çunki mən “sonanın uşaqlari” na qoşulanda o həbsdə idi.Cabbara özümü teqdim edib,zala keçdim.
Cabbarda gözlədiyim azaadliğa çıxma sevinci yox idi.Görüş vaxtı Cabbar belə bir söz işletdi”orada hebsxanadı,burada”Artıq hər şey mene çatmışdı.Cabbar azadlığa çıxmamışdı,sadəcə kiçik həbsxanadan böyük həbsxanaya deportasiya olunmuşdu.O gunden öz ölkemde yaşadiğim həbsxana həyatım dahada ağırlaşdi.
Hər gün saat 9.00 da  saatın zengi çalanda sanki qardiyan əlindəki dubinka ilə dəmir barmaqlıqlara vuraraq “durun məhbuslarçhamı iş başinaaaa”deyərək bağırır.Durub bir fincan çay içecəm və çay içərkən bu gün nə edəcəyimi duşunəcəm.Düzün desəm hər gün eyni şeylər olur düşünmeyin nə mənası?  Bayıra cıxıb digər məhbuslar kimi maşınlara doldurulacam.Sonra ise işeeee.İşdə nahar veriləndə kalonda olan məhbuslar hamı yemək yeməyə düşür.Mən abed vaxtı bir şeyi fikirləşirəm.Yemək ücün fasilədən qənaətlə istifadə edib , bu vaxta günorta namazlarını qılım
Həmişə yemək fasiləsindən sonra olan düzülüşə 5, 10 dəqiqə gecikirəm.
 Müdür ağzını büzərək:Nuru sən bayaqdan hardasan?(sanki saatlardı ortada yoxam)
Namaz qılırdım cavabını verəndə
Eyni sifət quruluşu ilə:”Allah qebul etsin” deyir
Bu söz həmişə mənə pis təsir edir.Allah o namazı necə qəbul etsin axi.Mənədə kimsə borcunu tələm tələsik işlə ödəmək istəsə məndə razı olmaram
Həəə indi saat 24.00 lu göstərməlidirki işim qurtarsın və məndə 15 man pul alib evə gedim.Bu 15 manatin 1.2 sini siqaretə,1 man ise taksiyə verəcəm və əlimdə qalan yuvarlaq 10 manatı anama verməkdən utanaraq axşam stolun üstünə qoyub yatacam
            Həəəə biz həqiqətən həbsxanada yaşayırıq.Ancaq bizdə müddət yoxdu,hər şey bizdən asılıdi.Ya bu dəmir barmaqlıqları sındırıb azadlığa çixacağiq yada uşaqlarımız onları həbsxanada dünyaya gətirtdiyimiz üçün bizə nifrət edəceklər

Hiç yorum yok:

Yorum Gönder