Axtar

26 Mart 2012 Pazartesi

"Che Guevaranın son sirri" kitabından seçmələrlə.İnqilab anı


Şahın mütləqiyyətinin sonunda İnqilab çıxdı.O,sarayı dağıtdı və monarxiyanı gömdü.Bu hadisə şah hakimiyyətinin yol verdiyi ilk baxışdan çox xirda bir hadisədən başladı.Səhv addım atmaqla,hakimiyyət özünü məhcə məhkum etdi
Bu kəlmələri yazıçı Rışard Kapuşinski özünün”Şahənşah” kitabında İran inqilabı haqqında yazıb.Bu kitabda yazılan o zaman ki İran hazır ki Azərbaycanla eynilik təşkil edir.
Ənənəvi olaraq inqilabların əsasını səfalət,aclıq,hüquqsuzluq,total repressiyalarda görürlər.Halbu ki dünyada bu vəziyyətdə yaşayan xalqlar var,ancaq inqilab yoxdur.Çünki,təkan həmişə söz və əməl olub.Ya narazıların sözü,yada hakimiyyətdəkilərin shv sözü.Ona görə ki,hərbi qiyam,dövlət çevrilişi kimi proseslərdən fərqli olaraq,inqilab planlaşdıqılmır.O,sadəcə baş verir.
Onun birinci əlaməti-özünü elita sayanların öz cəzasizlığına arxayınçılığıdır(məs-Rauf Həbibov).Doğrudan da,bir gün hər şey onlar üçün puç olanda,təəccüblənirlər-axı dünən istədiyim hər murdarlığı edə bilirdim,heç etiraz edən də yox idi,bu gün nə oldu ki,hər şey dəyişdi?(Quba qiyamındakı kimi).
Məntiqi sualdır.İllər boyu müqavimətsizlik və bir anda inqilab.Sadəcə bu illər boyu cinayətlər üst-üstə gəlib yaddaşlara hopurdu.An gəldi-hər şeyə görə cavab vermək lazım oldu.Həmin an-sirdir.Onu proqnozlaşdırmaq olmur.Bu gün Azərbaycanlılar üçün İnqilab dramdır ama bir söz,əməl,fakt,səhv dramanı reallığa çevirir.
Gözlənilmədən başlayan İran inqilabının başlanğıcına baxaq.1978 ci il,yanvarın 8-i.Hökümət qazeti “Ettalaat” Xomeyni əleyhinə yazı dərc edir.Bu yazını yazmağa zəzurət yox idi.Xomeyni mühacirətdə idi və şah üçün real təhlükə deyildi.
Yazıda Xomeyni Hindistanlı xəstə adlandırılmış vı İranın güclü olduğunu yazmışdılar.
Qazet Qum şəhərinə çatan kimi insanlar küçəyə çıxdı.Bu cür etirazlar şah İranı üçün adidəndə adi idi.
Həmişəki kimi polis gəlir etirazçıları mühasirəyə alır amma bu dəfə fərqli hadisə baş verir.Həmişə polis gəlir qışqırır,əlini-qolunu ölçərək danışır etirazçı gedir evə.Ən ifrat ssenaridə polis vurub-etirazçı qaçıb.(İndiki Azərbaycan kimi)
Bu dəfə isə....Polis qışqırır,adam durub ona baxır.Bu qorxmuş adamın baxışı deyil,onun üzündə meydan oxumaq var.Bu adam polisin üzünə dik baxır,sonra yanındakılara çevrilir.Yanındakilər qorxurlar,ancaq bu bir adamın qorxmazlığı yoluxdurucu olur.Heç kəs çıxıb getmir,polis isə qışqırır-qışqırır və bir anlıq susur.Həmin an həlledicidir-polisdə,kütlədə ki o adamda nə baş verdiyini anlayır.Baş verən odur ki,kütlədən olan o adam qorxu hissini itirib və elə buda İnqilabın başlanğıcıdır.
İndiyədək polislə kütlə adamı bir birinə yaxınlaşanda araya 3 cü girirdi,bu qorxu idi.Polissin müttəfiqi və etirazçının düşməni.İndi isə bu üçüncü yoxa çıxdı,onları birləşdirən əlaqə qırıldı.Polis qorxuda bilmədi,adam isə qorxmadı.Polis şöbəsinə dündü,adam isə meydanda qaldı.Bundan sonra o ölməkdəndə qorxmayacaq....

Hiç yorum yok:

Yorum Gönder