Axtar

31 Mayıs 2012 Perşembe

Ölümü bilərək yaşamaq


                             
“Ölüb getmək bir şey deyil, bu canımla bir şey edə bilməməyimə yanıram”.Bu yazımı təzəcə rəhmətə getmiş gənc Cəbhəçi Rəşad İrəcsoya həsr edirəm.
Rəşadı bir neçə dəfə görmüşdüm,ilk baxışda arıq və cansız olan bu gəncin mübarizəmə bu qədər alov qatacağını düşünməmişdim.Özünün təşkil etdiyi qan vermə aksiyası zamanı Talesimiya xəstəsi olduğunu bilmişdim.Dünən Rəşadın ölüm xəbəri gələndə uşaqlardan “öləcəyini bilirdi” sözünü eşitdim.Heç İnana bilmədim,görüşdüyüm anlarda Rəşadın üzündə bunu hiss etməmişdim.Bizim kimi həyat dolu bir gənc idi.Bir səngərdə,bir çəbhədə döyüşürdük Rəşadla amma bir fərqimiz vardı o, sonunu bilirdi, bu mübarizənin qələbəsini görməyəcəyini bilirdi.Gələcəkdə qurulacaq demokratik, gözəl cəmiyyəti nə özü nədə olmayan və heç vaxtda olmayacaq ovladları görəcəkdi.Amma qorxmadan, tamami ilə təmənnasız döyüşürdü, tez zamanda qara torpağa gedəcəyini bilərək.
İndi bəziləri sonun nə olacağını bilmədən mübarizəno yarımçıq qoyub qaçır amma bu arıq Cəbhəçi sonunun ölüm olduğunu bilə bilə mübarizəsini etdi və getdi.Gözlərdə yaş, qəlblərdə dünyalara sığmayacaq qədər fərəh qoyub getdi.

Hiç yorum yok:

Yorum Gönder