Axtar

2 Mart 2012 Cuma

Günəş şimaldan doğur




Bu yazımda mən Qubada olan son üsyanı qələmə almaq istəyirəm,amma ilk öncə Qubanın tarixinə baxaq.
Quba və şimal zonası ləzgi,avar,tat və digər Qafqaz xalqlarının yaşayiş məskəni olmuşdur,bu ərazidə son usyan 1837 ci ildə çar zülmünə qarşı baş vermişdir.O dövrdə Azərbaycanın bir çox yerində belə usyanlar olmuş ama heç biri Quba üsyanı kimi kütləvi olmamişdir,eləcədə üsyanı idarə edən Hərbi Şura heç bir usyanda təsis edilməmişdir.Bu üsyan çar rejiminin gücü ilə yatirilmişdir və o zamandan bu zonaya səssizlik çökdü.Çox zaman keçdikdən sonra 01.03.12 tarixində Qubada gözlənilməyən xalq üsyanı baş verdi
                                    Quba üsyanının səbəbləri



1.Quba əhalisi gəlirini əsasən kənd təsərrüfatı mallarından xüsusi ilə baqçılıqdan çıxır.Bildiyimiz kimi Qubada hektarlarla alma bağları var və  insanlar əsasən alma satışından gəlir əldə edir.Lakin son zamanlar ölkə bazarlarında Quba almasının yerini Fransadan gələn yaşıl almanın tutması alma satışına çox mənfi təsir edir,yerli əhalinin  almalari ambarlarda çürüyür və o çürüyən alma ilə caaatın ümrü günü də çürüyürdü
2.Qubaya sonradan köçmüş Yəhudilərin yerli əhalidən istər yaşadiqları yerə istərsə yaşayiş şəraitlərinə gürə kəskin fərqlənməsi.Qubaya gedənlər bilərki Qubanın əh gözəl güşəsində yerləşən Yəhudi kəndi olan “Qırmızı qəsəbə” Qubadan kəskin fərqlənir
3.İcra başçısının “Qubalılar ailəsini 30-40 manata satıb” kimi alçaq və səbəbsiz cümləsi
Sadaladiqim səbəblərə baxanda bilinirki digər regionlarda olduğu kimi burdada xalq illərdir ürəyində saxladiği nifrəti son anda Quba əhalisinin pulunu yeyib harınlamış icra başçısinin üstünə tökdü və ona həddini bildirdi
Son olaraq Qubalılar göstərdiki bu xalq yatmayıb,öz namusunu,vicdanını onları təhqir edənlər kimi 50-60 və ya daha çox pula satmayıb!Qubalılar hayqırdı ki “eyy başda oturanlar bu xalq ayağa qalxanda onun qarşısını nə sənın polisin nədə qolu zorlu əli silahlı qoşunun ala bilər”!
Mən inanıram ki,Qubada olanlar son olmayacaq bu dələduzlar təkcə Quba əhalisi yox digər rayonlarında əhalisi bezib və onlar ayağa qalxanda qaçanlar təkcə icra başçıları olmayacaq

Hiç yorum yok:

Yorum Gönder