Axtar

12 Mayıs 2012 Cumartesi

Propaqanda metodları



            Müxalifətdə olan kütlənin hazırki dövr üçün şikayət etdiyi əsas məsələ xalqın müxalif fikirlərdən uzaq olmasıdır. Şübhəsiz ki, bu çox zəif və plansız olan müxalifət propaqandasının nəticəsidir. Müxalif fikri bir neçə qəzet və jurnaldan əlavə, hər bir müxalif fikirli fərd də bir təbliğatçı kimi cəmiyyətə ötürə bilər. Ətrafımda olan şəxslərin bir propaqandaçı və ya fikri partizan kimi fəaliyyət göstərməsini danmıram, amma bu işin plansız getməsi işin keyfiyyətini xeyli aşağı salır. Bu sahədə təcrübə toplamaq üçün J.A.C. Brovn “Beyin yıkama ve ikna metodları” kitabını xeyli axtarışlardan sonra Qafqaz Universitetinin kitabxanasından tapdım və kitabdan aldığım bilikləri sizinlə paylaşıram.
            Təbliğ etdiyiniz partiyanın və ya qrupun liderinə bir “Baba” kimi hörmət bəsləyin və xalqa da öz liderinizinbelə tanıtmağa çalışın (Əlbəttə ki liderdə də bu ada layiq olmaq üçün xırda xüsusiyyətlərin olması labüddür). Bilin ki, Sovet dönəmində “Lenin baba” və yaxın tariximizdə “Heydər baba” adlandırılan şəxsiyyətlər heç də xalqın “Baba”sı olmayıb, sadəcə aparılan qatı propaqandanın nəticəsidir.
            Hər hansı ideologiyanı və ya fikri müəyyən kütləyə aşılamadan öncə kütlənin şəxsi mədəniyyətini və düşüncəsini bilmək vacibdir. Bu bilinmədən aparılan təbliğat fiaskoya uğrayar. II Dünya müharibəsində almanlar Fransada “Majino” müdafiə xəttini yarmaq istədikləri vaxtlarda ABŞ qoşunları Şimali Fransaya girmişdi. Almanlar bu xətdə fransız əsgərlərə qarşı belə bir propaqanda aparmışlar: Almaniyalı propaqandaçılar səs gücləndiricilər vasitəsilə “Siz hələ burda durun, amma şimala girən ABŞ əsgərləri fransalı arvadlarınızla kef etsin” kimi nitqlər söyləyib və vərəqlər paylayıb. Lakin alman propaqandaçılar müdafiə xəttində duran döyüşçüləri Fransanın cənubundan olduğunu və Fransada yerlibazlığı nəzərə almamışdılar. Beləliklə, propaqanda cənublu olan fransız əsəgərlərinə heç bir təsir etməmişdir, çünki onların arvadları cənubda idi və şimaldakılar onları maraqlandırmırdı.
            Ölkəmizdə olan müxalifət hakimiyyətdə olan totalitar kütləni yıxmaqdır. Burada Sefton Delmenin bu sözlərini diqqətinizə çatdırmaq istəyirəm: “Totalitar bir kütləni çürütməyin və parçalamağın tək yolu dağıdıcı propaqandanı o kütlənin rəsmi qaynaqlarından verilmiş kimi göstərməkdir.” Yəni hakimiyyətdə olan kütləyə işləyən mətbuat vasitələrindən verilən xəbərlərdən öz xeyrimizə istifadə etmək. Misal üçün, bu gün Şuşanın işğal günüdür, amma hakim partiyanın qəzet və televiziyası heç bir xəbər vermir. Və ya hakimiyyətin geri addım kimi dəyərləndirləcək hər bir hərəkətini “baxın bizdən qorxub bunu etdilər” kimi təqdim etmək olar.
            Təbliğatı əsasən ağır sosial vəziyyətdə oaln kütlənin yox, əsasən düşünə bilən orta kütləyə yönəldin. Çünki dünya inqilablarına baxsaq bunların heç birinin hərəkət verici qüvvəsi ağır şərtlərdə yaşayan alt təbəqə olmamışdır. Bu alt təbəqə sadəcə müəyyən vaxtdan sonra orta təbəqəyə dəstək vermişdir
            “Bir siyasi hərəkat nə qədər çox siyasətçi və idarəedici yetişdirsə o qədər az tərəfdar cəlb edəcək. Nəhayət bu siyasi hərəkat elə az kütlə qazanar ki, köhnə günlərin idealist döyüşçüsü hərəkatın artıq tanınmaz halda olduğunu görər. Belə bir hərəkat üçün artıq hər şey bitmişdir.” (Adolf Hitler).
            Siyasi partiyalar bir siyaətçi yetişdirməkdənsə bir təbliğatçı yetişdirməyə üstünlük verməli, çünki hərəkatı yalnız bir şəxs idarə etməli digərləri isə hərəkata fərd cəlb etməli və cəlb etdiklərini nizamlı, ideal hərəkatçı kimi hazırlamalıdırlar. Bir hərəkatın nir neçə liderinin olması sonda həmişə parçalanma ilə bitmişdir.
            Təbliğata ən yatqın şəxslər mənən və ruhən sınmış insanlardır. Araşdırmalar göstərir ki, sınmış şəxslər daha tez aldadıla bilər. Bu gün ölkəmizdə cərəyan edən hadisələrə xalqın ciddi reaksiya verməməsi onun mənən sınmasının göstəricisidir. “Din sevgisinin yarada bilmədiyi birliyi, ümumi bir nifrət hissi yaradacaqdır” Bu cümləni bu şəkildə açmaq olar ki, şəxs çatmaq istədiyi hədəfə çata bilməyəndə sınar. Sınmış insanda isə güclü hirs və öfkə baş qaldırar. Bu öfkə şəxsin həm özünə, həm də xarici hədəfə yönələcəkdir. Bir sözlə sınmış insan özünə nifrət etməklə birlikdə, bu hissi xaricə yönətməklə düşmən axtarar. Bir propaqandaçı həmmin şəxsin bu öfkəsini istədiyi istiqamətə yönəldə bilər. Çünki qəzəbli insan rasional düşünə bilməz və onu idarə etmək asanlaşar. Cəmiyyətimizdə də bu aqressiya və nifrət illərdir qaynayır və bizə düşən bunu məntiqli şəkildə daha da artırıb idarə etməkdir.
            Xəbərləşmə gündəlik həyatın bir parçasını təşkil edir. Fəqət gərəyindən çox xəbər arzu olunmayan nəticələr verir. Amerika sosioloqları bu hadisəyə “narkotizition” (uyuma) adı vermişlər. “Narkotizition” nəticəsində, fərd xəbərlərin ağırlığı qarşısında sıxılacaq və gündəlik hadisələrin acı həqiqətlərindən qaçaraq, öz keçik dünyasına çəkiləcək. Belə insanlar vaxtlarını çayxanalarda, içki məclislərində və əyləncələrdə küçirəcəklər. Yəni müəyyən fikri və ya ideologiyanı açıladığınız kütləyə aralar verərək təbliğat aparın ki, sıxılma baş verməsin.
            İnsanlara bir ideologiyanı aşılmağın ən gözəl yolu şəxs və ya şəxslərlə canlı diskusiyada olmaqdır. Şəxsi əlaqənin vacibliyi Katz və Lazarsfet tərəfindən aparılan araşdırmalar nəticisəndi ortaya qoyulmuşdur.
1.      Şəxsi əlaqə səmimi atmosferdə cərəyan edər. Bu əlaqədən qaçmaq çox çətindir və bir çox insan sosial şəbəkələrdə gedən təbliğatdan fərqli olaraq “seçim” edə bilməz.
2.      Şəxsi əlaqə zamanı fərdin fikirlərini nəzərə alaraq öz fikrini ona uyğun şəkildə təbliğ edə bilərsən.
3.      İnsanlar tanıdıqları insanların sözlərinə daha çox inanırlar.
Bu misallardan göründüyü kimi, siyasi propaqanda kütləvi xəbərləşmə vasitələri ilə yayımlananda gözlənildiiyndən daha az nəticə verir. Misal olaraq Sovet propaqandası bütün qatılığına baxmayaraq, cəmiyyətdəki dini inancları yıxa bilməmişdir.
            Son olaraq, hər hansı bir fikri və ya ideologiyanı xalqa təbliğ etdik də əsla radikla davranmamalıdır. Bu gün bəzi müxalifət düşüncəli insanlar xalqa öz fikirlərini düzgün və nromal şəkildə çatdırmaq yerinə xalqı “qoyun millət”, “keçən əsrin malları” kimi sözlərdən istifadə edərək təhqir edirlər. Əgər bir propaqandaçı kütləni təhqir edirsə kütlə daxilində olan qəzəbi özünə çevirəcəkdir və əsl “qoyunluq” bax budur. Kütləyə fikir yeritməyin yeganə yolu tolerantlıq və anlayışdır. Misal üçün, Şimali Korea ilə ABŞ arasında gedən müharibədə Korealılar müharibə boyu 7190 ABŞ əsgəri əsir götürmüşlər. Korealı kommunistlər əsirləri qarşı şiddətdən qaçınmış, bunun yerinə şirindillə yola gətirmə və kommunizə qazandırma məqsədi güdmüşlər. Bunun nəticəsi kimi, 7190 əsirdən 21-i vətənə qayıtmaqdan imtina etmiş, düşmən ölkədə qalmağı seçmişdir. Üstəlik müharibədə iştirak edən hər 3 ABŞ əsgərindən biri düşmənlə əlaqə qurmaqda günahlandırılırdı. Fəqət işin pis yanı əsirlikdən qayıdan 75 əsgərin kommunistlərə casusluq etmək üçün aralarında təşkilat yaratması faktı idi. Kommunistlər bir neçə illik düzgün təbliğatın sonunda düşməni öz tərəfinə çəkə bilmişdilər. Lakin ölkədə olan 20 illik diktatora qarşı düzgün ideoloji müharibə aparılmamasının nəticəsi olaraq bu gündə bu priblemlə qarşı qarşıyayıq.
            Son olaraq, əziz müxalif fəallar, bir birinizi qıran “kombayn” ya da “ət çəkən maşın” olmaq yerinə, düzgün propaqandaçı olun və bu hakimiyyəti uşaqlarımıza ötürməyək!

Hiç yorum yok:

Yorum Gönder