Axtar

28 Mayıs 2012 Pazartesi

Hədəfi yanlış vuran qardaşlar


Azərbaycanda İslamçıların siyasi gücü olmayıb və ümumiyyətlə İslamçılar siyasətə baş qoşmayıb. Lakin bir neçə il əvvəl məktəblərdə hicabın qadağan olunması ilə İslamçılar aktiv siyasi fəaliyyətə başladılar.O dövrdə İslamçıların içində olmağıma baxmayaraq, adını heç eşitmədiyim İslam partiyasını dəstəkləyənlər çox sürətlə  çoxaldı və ortaya güc qoymağın zamanı gəlmişdi. Beləliklə, İslamçılar ilk mitinqlərini etdilər. Heçdə pis alınmamışdı. Mən o zaman digər müxalif partiyalarında mitinqlərini izləyirdim. İP-nın mitinqlərində mərkəzi küçəyə səpələnmiş insanlar müxtəlif istiqamətlərdə hərəkət edərək səslərini daha böyük kütləyə çatdırırdılar. İslamçılar isə ani vaxtda "Hicab bizim namusumuz, qeyrətimizidir!" şüarı ilə Təhsil Nazirliyinin qabağına 5000 insan çıxara bildi. İlk dəfə mitinqdə olan şəxslər polisin kobudluğuna kobudluqla qarşılıq verdi və dava düşdü. Polis də həmişəki kimi, qabağına arvad, uşaq demədən "dubinkalayıb" keçdi. Daha sonra İslam partiyasının sədri ölkə prezidentinə zatən hamının bildiyi ağır ittihamlar səsləndirdi, nəticə də heç ürək açan olmadı. Daha sonra bir neçə İslamçı liderlər eyni aqibəti yaşadı, biri terorist ,biri narkoman damğası yedi. Arada qeyrət,namus deyilən hicab da getdi.Odur budur İslamçılardan səs-səmir çıxmadı, ya da hədəfi dəyişdirdilər kimi də baxmaq olar. Ama mən İslamçıların arasından çıxıb digər partiyaya üzv oldum.
            İndiki zəmanəyə gələndə hansı İslamçıdan müsahibə alırlar, "Zülfüqarını" çıxardıb vurub İP- nın təpəsinə.
            Bir neçə ay əvvəl adlarını İslamçı partiya qoyan "Yaşıllar" partiyasından biri müsahibədə "Müxalifətin iyrənc oyunlarına şərik olmayacağıq" kimi cümlə işlətmişdi. Mən başa düşə bilmirəm ki, İP-ya bunlar müxalifət deyib, özlərini nə hesab edirlər!? Bir də bu müxalifət dediyin sənə nə çirkinlik edib axı? Belə qeyri ciddi adamlardan müsahibə alıb İslamı qaralamaqdansa, gəlin məndən müsahibə alın. Ən azından portalınızda başlıq kimi verə biləcəyiniz düzgün cümlə taparsınız.
            Bir neçə gün bundan qabaq həbs edilən Əhli Beyt məddahı Məşədi Natiq isə, " Biz İrana işləyiriksə bəs  müxalifət kimə işləyir?" başlıqlı müsahibə verib. Bu adam Avroviziya (Eurovision) əleyhinə təbliğaq aparıb, polis də tutub aparıb bölməyə, bir iki söyüş söyüb, əlindəki mərsiyə kitabçasını atıblar zibil qabına. Buda çıxanda qorxusundan nə deyəcəyini bilməyib, yenə çəkib "Zülfüqarını" hədəfi digərlərindən fərqli vurmayıb: "Maraqlıdır, qardaş, müxalifətçi gənclər görəsən nə pərəstdirlər? Onlar etiraz etdilər dedilər ,"Bizə Avroviziya yox, Qarabağ lazımdır" onları niyə tutmurlar?" .Biri mənə başa salsın ki, biz bunlara nə etmişik, elə bil biz əlimizi qolumuzu sallada-sallada küçəyə çıxıb mitinq edirik. Tutulan biz, döyülən biz, söyülən biz,bölmədə bədənimizə elekteroşok verilən biz ,illərdir vicdan məhbusu kimi həbsdə olan biz, daha müxalifətə nə etməlidirlər ki, İlham Əliyev ilə yanaşı siz də razı qalasınız?
            Özünüzü "Əhli Beyt davamçısı", "İmam Hüseyn məktəbinin davamçısı" adlandırırsınız, axirətə inanırsınız. Bilmirəm, o axirət deyilən şeydə siz bu dediklərinizə necə bəraət qazandıracaqsınız? Əziz əsl "İmam Hüseyn davamçılarımız", baxın Ondan dərs götürün və hədəfi düzgün seçin. O zaman indiki zəmanəmizin "Yezidlərini" daha tez məğlub edərik!

Hiç yorum yok:

Yorum Gönder